YÖS KURSLARI

YÖS – Yabancı Uyruklu Öğrenci Seçme Sınavı – Türkiyədə bakalavr pilləsində təhsil almaq istəyən xarici ölkə vətəndaşlarının iştirak etdiyi və nəticəsinə uyğun olaraq universitetlərdə təhsil almaq hüququ əldə etdiyi imtahan formasıdır. Mərkəzimiz 10 ildən artıqdır ki ,YÖS proqramı üzrə peşəkar hazırlıq keçir.

Hər il qazandığımız təcrübəni və uğurlarımızı şagirdlərimizlə bölüşməyə davam edirik.YÖS hazırlıq proqramında Dünya və Azərbaycan birinciləri yetişdiririk.

YÖS Proqramı üzrə dərslərimiz riyaziyyat, məntiq və həndəsədən ibarət olmaqla, həftədə 14 saat keçirilir. Mərkəzimizə qeydiyyatdan keçən zaman sizə AzerEdu nəşrləri olan 5 ədəd dərs vəsaiti ödənişsiz təqdim olunur. Ayda 2 dəfə mövzu sınaq imtahanları keçirilir. YÖS qruplarımızda təhsil alan 11-ci sinif şagirdlərinə ödənişsiz türk dili dərsləri tədris edirik.

Biz sizə dərslərinizdən əlavə günlərdə də, anlamadığınız mövzuların yenidən izahı üçün şərait yaradırıq və bu məqsədlə ödənişsiz əlavə dərslər götürə bilərsiniz.

Şagirdlərimiz dərslərdə və imtahanda uğurlu nəticə əldə etmək üçün mərkəzimizdə psixoloji dəstək də alırlar. Bu da şagirdlərə fərdi yanaşmamıza və problemlerinin həllində onlara köməklik göstərilməsinə şərait yaradır.

Valideynlərimizin şagirdin ümumi vəziyyətindən xəbərdar olması üçün online valideyn nəzarəti sistemimiz mövcuddur. Bundan əlavə keçirilən valideyn iclasları ilə də şagirdin ümumi vəziyyəti haqqında valideynlər məlumatlandırılır.