TÜRKÇE YETERLİK SINAVI Hazırlığı

Türkiyə universitetlərinə qəbul prosesi həyata keçirildikdən sonra xarici ölkə vətəndaşı olan tələbələr ya universitet daxilində 1 il türk dili hazırlığı (TÖMER) dərslərinə qoşulmalı ya da türk dili səviyyəsinin müəyyən olunması üçün türk dili imtahanı verməlidir. Şagirdlərin türk dili imtahanında uğurlu nəticə əldə etməsi üçün mərkəzimiz tərəfindən YÖS dərsləri ilə yanaşı 11-ci sinif şagirdlərinə türk dili dərsləri tərtib olunur. Qrup dərsləri 11-ci sinif YÖS paketimizə daxildir. Ancaq bundan əlavə türk dili imtahanına hazırlaşmaq istəyən digər şagirdlər üçün fərdi dərslər də keçirilir.

Türkçe Yeterlik Sınavı proqramına hazırlıq müddəti şagirdin bazasından asılı olaraq 1-3 ay nəzərdə tutulub.

Dərslərimiz həftədə 2 dəfə tədris olunur.

Qruplarımız maksimum 3-5 şagirddən ibarətdir.