TƏHSİL SİSTEMİMİZ

– Mövzular detallı izah olunur və misallar həll edilərək mövzu təkmilləşdirilir.
– Mövzunun şagird tərəfindən mənimsənilməsi və şagirdin çətinlik çəkdiyi məqamların öyrənilməsi məqsədilə ev tapşırıqları verilir.
– Ev tapşırıqlarına nəzarət dərsi tədris edən müəllimlər tərəfindən həyata keçirilir və nəticəsi valideynlərlə bölüşülür.
– Şagirdin dərsə davamiyyəti yoxlanılır və valideynlərlə bölüşülür.
– Hər ay keçirilən sınaq imtahanları vasitəsilə şagirdlərin səviyyəsi izlənilir.
– Şagirdin ümumi vəziyyəti ilə bağlı valideynlər məlumatlandırılır.
– Hər hansı mövzu üzrə əksikliyi olan şagirdlər üçün həmin əksikliklərin aradan qaldırılması məqsədilə əlavə ETÜT dərslər tərtib olunur.
– Mərkəzimizdə şagirdlərin dərs xaricində də səmərəli çalışması üçün oxu zalı fəaliyyət göstərir.
– Şagirdin imtahanla bağlı stress probleminin aradan qaldırılması, dərs çalışma metodikasının qurulması və s. məsələlərə köməklik məqsədilə rəhbər-psixoloqlarımız fəaliyyət göstərir. Həm fərdi seanslar, həm də seminarlar ilə şagirdlərimizin həmin problemlərinin aradan qaldırılmasına köməklik göstərilir.