Türkiyə Universitetlərinə müraciət zamanı tələb olunan əsas sənədlər aşağıda qeyd olunmuşdur.
Sənəd nümunələri ilə yuxarıda göstərilmiş qutucuqlara klikləməklə tanış ola bilərsiniz.

  • Xarici PASPORT
  • Məktəbdə oxuduğuna dair ARAYIŞ
  • TRANSKRİPT (9-10-11-ci sinif qiymət cədvəli)
  • 11 illik tam orta təhsil haqqında ATTESTAT (əgər şagird hələ məzun deyilsə məzun olduqdan sonra)
  • 12 ədəd biometrik fotoşəkil (3×4 və 4,5×6 ölçüdə)
  • DENKLİK BELGESİ (Attestat alındıqdan sonra əldə olunur)
  • Niyyət (Motivasiya) Məktubu (maksimum 3000 simvol)
  • Tövsiyə məktubu (minimum 2 ədəd)
  • Dil sertifikatı (varsa)
  • Varsa diplomlar ,sertifikatlar
  • Varsa imtahan nəticəsi

*Nümunədə göstərilmiş sənədlər universitetə təqdim olunmalı əsas sənədlər olmaqla yanaşı universitetlərin daxili şərtlərinə və qəbul prosesi dövrünə görə əlavə sənədlər tələb oluna bilər.
*Sənədlər Notarius və ya ASAN Xidmət Mərkəzlərində Türk dilinə tərcümə-təsdiq olunmalıdır. Daha sonra həmin sənədlər Türkiyənin Azərbaycanda fəaliyyət göstərən Bakü Eğitim Müşavirliğində möhürlədilməlidir.
*Arayış sənədi şagirdin məktəbdə təhsil aldığı dövrü əhatə etdiyi üçün daha sonra Attestat təqdim olunduqda həmin sənəd Attestatın tərcümə-təsdiqi ilə əvəz olunmalıdır!
*Denklik belgesi Türkiyənin Azərbaycanda fəaliyyət göstərən Bakü Eğitim Müşavirliğindən əldə edilir. Sənədin əldə edilməsi üçün əvvəlcə  https://edenklik.meb.gov.tr/  saytından online müraciət edib lazımi sənədləri sistemə yükləməklə növbə götürmək lazımdır.