AVROPA UNİVERSİTETLƏRİNƏ MÜRACİƏT

Mərkəzimiz Avropa ölkələrinə də müraciəti həyata keçirir. Beynəlxalq təhsil bahalı olsa belə tələbələrin nəticəsinə uyğun dövlət təqaüd proqramları və bir sıra güzəştlər mövcuddur.

Sənədləşmə prosesinin ilk mərhələsi tələbəylə bağlı tam məlumatı əldə etməkdir. İlk öncə büdcəni dəqiqləşdirib ölkə seçimini edirik. Seçdiyimiz ölkəni təyin etdikdən sonra, mövcud olan təqaüd imkanlarını axtarırıq. Araşdırma zamanı universitetə müraciət haqqını, təhsil haqqını, reytinq göstəricilərini, tələb olunan sənədləri və təhsil almaq istədiyiniz fakültənin beynəlxalq tanınmışlıq dərəcəsini təqdim edirik.

Avropa universitetləri əsasən dil biliyini təsdiq edən beynəlxalq imtahan nəticəsini, yəni IELTS və TOEFL tələb edirlər. Əlavə olaraq bakalavr nazmizədlərindən SAT imtahanı nəticəsi tələb olunmaqdadır.