İMTAHAN QEYDİYYATLARI

Universitetlər tərəfindən tərtib olunan YÖS qəbul imtahanlarına qeydiyyatları mərkəzimiz vasitəsilə həyata keçirmək mümkündür. İmtahan və imtahanlara müraciət tarixləri mərkəzimiz tərəfindən həm sosial şəbəkə kanallarında (facebook, instagram, telegram və s.) həm də saytımızda yerləşdirlir. Təhsil məsləhətçimiz müraciəti mərkəzimiz vasitəsilə həyata keçirən şagirdlərə YÖS səviyyəsinə əsasən iştirak etməyi vacib olan YÖS qəbul imtahanları barəsində məsləhət verir. İmtahanlara qeydiyyat üçün xidmət haqqı tələb olunmur.